Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Dərin hörmət və ehtiramla anırıq!

09 oktyabr 2024 | 11:10
Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək ömür payını gələcək nəsillərin xoşbəxtliyi naminə bağışlamaqdır. Bu uca zirvəni fəth edənlər qürur mənbəyimizdir.
Azərbaycanın hər yerində olduğu kimi Qusar rayonunda da şəhidlərimizin xatirəsi əziz tutulur və ehtiramla yad edilir.
8 oktyabr 2024-cü ildə Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov 44 günlük Vətən müharibəsi şəhidləri Əlimuradov Cumart Şixrəhim oğlu və Ələsgərov Vadim Ağababa oğlunun anım mərasimlərində iştirak edib, şəhidlərin Qusar rayonu Urva kəndindəki məzarları ziyarət olunub, əziz xatirələri ehtiramla yad edilib.
Mərasimdə həmçinin RİH məsul şəxsləri, şəhidlərin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər. RİH başçısı şəhid ailələrinə başsağlığı verib, onların problem və qayğıları ilə maraqlanıb.
Sahir Məmmədxanov müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarını fəda edən şəhidlərimizin ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da xatirələrinin əziz tutulduğunu, şəhid ailələrinin qayğı və problemlərinin həllinin qarşıda duran ən vacib vəzifələrdən biri olduğunu vurğulayıb. Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyindən razılıqlarını ifadə ediblər.
Məlumat üçün bildirək ki, Azərbaycan Ordusunun əsgəri olmuş Cumart Əlimuradov Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədilə başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 5-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olmuş Vadim Ələsgərov 44 günlük Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub.
Allah şəhidlərimizə rəhmət eləsin!
Keçidlər