Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Dövlət Gömrük Komitəsinin sədri Qusarda vətəndaşların qəbulunu keçirib

22 yanvar 2025 | 20:42

22 yanvar 2025-ci il tarixdə Qusar rayonu Heydər Əliyev Mərkəzində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov tərəfindən Qusar, Quba, Xaçmaz rayonlarından olan vətəndaşların qəbulu keçirilib.
Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov və Dövlət Komitəsinin sədri Şahin Bağırov qəbuldan öncə Qusar şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Komitənin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda sakinlərin müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.
Hər bir vətəndaş DGK-nin sədri tərəfindən diqqətlə dinlənilib . Müraciətlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə isə vətəndaşlara izahatlar verilmiş və belə müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.
Vətəndaşlar qəbul üçün yaradılan şəraitə görə razılıqlarını bildiriblər.

Keçidlər