Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Dövlət qulluqçuları üçün növbəti təlimlər keçirilib

16 iyun 2026 | 11:38
 
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.1.9-cu fəaliyyət istiqamətinin ikinci bəndi dövlət sektorunda insan kapitalının inkişaf etdirilməsi tədbirlərini özündə əks etdirir. Bununla əlaqədar olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluqçularının peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə mütəmadi olaraq müxtəlif mövzularda təlimlər təşkil edilir. Bu istiqamətdə növbəti təlimlər Qusar Rayon İcra Hakimiyyətində keçirilib. 3 gün davam edən təlimlər çərçivəsində rayonda fəaliyyət göstərən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün 9 iyun tarixində “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi”, 10 iyun tarixində “Ünsiyyət bacarıqlarının inkişafı”, 12 iyun tarixində isə “Cəmiyyətə xidmət psixologiyası: Dövlət qulluqçusunun daxili motivasiyası” mövzularında təlimlər təşkil olunub. Təlimlər zamanı iştirakçılara praktiki nümunələr əsasında mövzular üzrə ətraflı məlumat verilib, müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Keçirilən təlimlər dövlət qulluqçularının peşəkar fəaliyyətinin təkmilləşdirilməsi, idarəetmə və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, habelə vətəndaşyönümlü dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə töhfə vermək məqsədini daşıyıb.
Keçidlər