Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Dövlətə və xalqa xidmətə həsr olunmuş səmərəli fəaliyyət

02 yanvar 2026 | 17:00
Ömrünü dövlətə və xalqa xidmətə həsr etmiş, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli və səmərəli fəaliyyəti ilə seçilən tanınmış ictimai-siyasi xadim Asya Sərdar qızı Manafovanın keçdiyi mənalı həyat yolu, tutduğu məsul vəzifələrdə nümayiş etdirdiyi prinsipiallıq, yüksək təşkilatçılıq bacarığı və fədakar fəaliyyəti bu gün də xatırlanır və gənc nəsil üçün örnəkdir.
Asya Sərdar qızı Manafova 3 yanvar 1941-ci ildə Qusar rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu (1964), Moskvadakı İctimai Elmlər Akademiyasını (1979) bitirmişdir. Əmək fəaliyyətinə 1959-cu ildən başlamış, 1965-ci ildən Azərbaycan Elmlər Akademiyası Elmi-Tədqiqat "Olefinlər" İnstitunda, 1969-cu ildən Qusar şəhər sanitar-epidemioloji stansiyasında kimyaçı-mühəndis, laboratoriya müdiri, 1974-cü ildən Azərbaycan KP Qusar RK-nın katibi, 1979-cu ildən Azərbaycan KP MK-da məsul işçi, 1981-ci ildən Masallı Rayon İcraiyyə Komitəsinin sədri, 1990-cı ildən Azərbaycan KP Qusar RK-nın birinci katibi, Rayon Sovetinin sədri, İcra Hakimiyyətinin başçısı, 1992-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Şöbə rəisi vəzifələrində işləmişdir. Asya Manafova Azərbaycan SSR Ali Sovetinin (12-ci çağırış) və Azərbaycan Respublikası Milli Məclisinin (1 və 2-ci çağırış) deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri (1995-ci ildən) olmuşdur.
3 yanvar 1991-ci ildə Respublikanın partiya və sovet orqanlarında uzun illər səmərəli fəaliyyətinə görə Azərbaycan SSR-nin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Asya Manafovanın çoxillik səmərəli fəaliyyəti və dövlət qarşısındakı xidmətləri bu gün də yüksək dəyərləndirilir. Bu diqqət və ehtiramın bariz nümunəsi olaraq, yanvarın 1-də Qusar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən Asya Manafova öz evində ziyarət edilmiş, ona Qusar Rayon İcra Hakimiyyətinin başçısının adından səmimi təbriklər çatdırılmışdır. Görüş zamanı Asya Manafovanın ölkənin ictimai-siyasi həyatında göstərdiyi xidmətlər xüsusi vurğulanmış, ona möhkəm cansağlığı, uzun ömür və xoş günlər arzulanmışdır.
Asya Manafova ona göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısına minnətdarlığını bildirmişdir.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı və RİH başçısı Aparatı adından 85 illik yubileyi münasibətilə Asya Manafovanı bir daha təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür arzu edirik.
Keçidlər