Əcəxur kənd sakinləri ilə görüş keçirilib
15 aprel 2025 | 19:41
Mövcud problemləri yerindəcə öyrənib həll etmək məqsədilə Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu 15 aprel 2025-ci il tarixdə Əcəxur kəndində baş tutub. Görüşdə RİH başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Qəbulda vətəndaşlar kəndin mavi yanacaqla, fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi, pay torpaqlarının kol-kosdan təmizlənməsi üçün icazənin alınmasına köməklik göstərilməsi, pensiya ilə təminat və digər məsələlər ilə bağlı müraciətlərini ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.