Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Ən uca və müqəddəs zirvə sahibləri

01 oktyabr 2024 | 17:22

Şəhidlik ən uca zirvə, vətənpərvərliyin ən ali məqamıdır. Bu zirvəni fəth edənlərin ömürləri min illərlə, əslində, ölümsüzlükləri ilə ölçülür. Doğma Vətən torpağı uğrunda canlarından keçən igid oğullarımızı yad etmək hər birimizin  ən ümdə vəzifəsidir. Onların göstərdikləri qəhrəmanlıqlar, Vətənə olan sevgiləri gələcək nəsillərə nümunə olmalıdır.

Vətən yolunda can verən şəhidlərimizin xatirəsi Qusarda da hər zaman əziz tutulur. Rayon rəhbərliyi tərəfindən şəhidlərimizin ailə üzvlərinə daim diqqət və qayğı göstərilməsi, uyuduqları qəbirstanlıqların, şərəflərinə ucaldılmış abidələrin, adlarına olan küçələrin abadlaşdırılması bunun bariz nümunəsidir.

30 Sentyabr 2024-cü il tarixində Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov antiterror əməliyyatları zamanı şəhadətə ucalan hərbi qulluqçu Orucov Vüsal Xeyirbala oğlunun Qusar rayon Suvacal kəndində keçirilən anım tədbirində iştirak edib. Tədbirdə həmçinin Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkiklatların rəhbərləri, şəhidin ailə üzvləri, yaxınları, şəhid ailələri, qazi və veteranlar iştirak ediblər. Əvvəlcə şəhidin məzarı ziyarət edilmiş, məzarı üzərinə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilmişdir. Daha sonra tədbir iştirakçıları şəhidin doğulub boya-başa çatdığı evdə verilən ehsan süfrəsində iştirak edib, ailəsinə başsağlığı veriblər.

Rayon İcra Hakimikyyətinin başçısı Sahir Məmmədxanov  müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan şəhidimizə Allahdan rəhmət diləmiş, təsəllimizin parlaq qələbə ilə Azərbaycanın əzəli torpaqlarının düşmən tapdağından azad edilməsinin olduğunu vurğulamışdır. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Vüsal Orucov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 30 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər