Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

08 may 2026 | 16:37
Mayın 7-də Ümumi təhsil müəssisələrinin 9–11-ci sinif şagirdləri arasında təşkil edilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş müsabiqə onun zəngin siyasi irsinin, dövlətçilik fəaliyyətinin və nümunəvi həyat yolunun gənc nəsil tərəfindən daha dərindən mənimsənilməsinə xidmət edir.
Cari ildə müsabiqədə ölkə üzrə 3181 şagird iştirak edib. Rayon və şəhər mərhələsində təqdim olunan işlər münsiflər heyəti tərəfindən qiymətləndirilib və müəyyən edilmiş kvotaya əsasən 87 şagird respublika mərhələsində iştirak hüququ qazanıb. Ölkə mərhələsində şagirdlər təqdim edilmiş 5 mövzudan birini seçərək təqdimatla çıxış ediblər. Münsiflər heyətinin qərarına əsasən 33 şagird qalib elan olunub. Onlardan 6 nəfər I yerə, 11 nəfər II yerə, 16 nəfər isə III yerə layiq görülüb.
Sevindirici haldır ki, Qusar şəhər Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Elmir Elşən oğlu Ağamirzəyev “Heydər Əliyev – 103: Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində I yerə layiq görülərək mükafatlandırılıb.
Şagirdimizi təbrik edir və yeni uğurlar arzulayırıq.
Keçidlər