Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Energetika naziri Pərviz Şahbazov Qusarda vətəndaşları qəbul edib

20 iyun 2025 | 19:58
 
Qəbuldan əvvəl Energetika naziri Pərviz Şahbazov və Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov Qusar şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Qusar rayon Heydər Əliyev Mərkəzində baş tutan qəbulda vətəndaşların elektrik şəbəkəsinə qoşulma, elektrik enerjisi və təbii qaz təchizatı, elektrik xətlərinin çəkilişi, qurğu və avadanlıqların istismar vəziyyəti, kabelləşdirmə, enerji təchizatında yaranan fasilələr, işlə təminat, kiçik su elektrik stansiyasının tikintisi ilə bağlı layihə təklifi və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Quba, Qusar və Xaçmaz rayonlarından olan 37 vətəndaş iştirak edib.
Keçirilən səyyar qəbulun əsas məqsədi regionlarda yaşayan vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların enerji təminatı sahəsində üzləşdikləri problemlərin operativ və şəffaf şəkildə həll olunmasına xidmət etməkdir.
Keçidlər