Əniq kəndində vətəndaşların səyyar qəbulu keçirilmişdir
Əniq kəndində keçirilən səyyar qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Sakinlər kəndin fasiləsiz və dayanıqlı elekrik enerji ilə təmin edilməsi, istismara yararsız və köhnəlmiş elektrik dirəklərin, naqil və transformatorların yeniləri ilə əvəz olunması, Əniq kənd məscidin daxilində əsaslı təmir işlərinin aparılması, Qusar-Şahdağ avtomobil yolundan Əniq kəndinə ayrılan hissəsinin asfaltlaşdırılması, bütün kəndin internet şəbəkəyə qoşulması və digər məsələləri səsləndirmişdir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qisminə aidiyyatı üzrə idarə və təşkilat rəhbərləri tərəfindən müvafiq izahat verilmiş, digər problemlərinin aradan qaldırılması üçün lazımi tədbirlərin görüləcəyi bildirilmişdir.