Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Fövqəladə hallara qarşı hazırlıq tədbirləri və fəsadların aradan qaldırılması yolları müzakirə olunmuşdur

04 mart 2025 | 18:35
Fövqəladə hallara qarşı hazırlıq tədbirləri və fəsadların aradan qaldırılması yolları müzakirə olunmuşdur
4 mart 2025-ci il tarixdə Qusar rayon Heydər Əliyev mərkəzində Qusar rayon İcra Hakimiyyəti və FHN-nin təşkilatçılığı ilə Nazirliyin aidiyyəti qurumlarının şimal regionunda yerləşən struktur bölmələrinin əməkdaşlarının, Qusar və Quba rayonlarının İcra Hakimiyyətinin başçısı Aparatının əməkdaşlarının, İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrin və bələdiyyələrin iştirakı ilə “Əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, bu sahədə xəbərdaretmənin təşkili və fövqəladə halların fəsadlarının aradan qaldırılması sahəsində koordinasiyanın təşkili” mövzusunda seminar müşavirə keçirilmişdir.
Bu istiqamətdə tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşların məlumatlandırılmasıdır.
Müşavirədə fövqəladə hallardan müdafiə sahəsində əhalinin hazırlığında qurumlararası koordinasiyanın təşkili, təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması, təsirinin minimuma endirilməsi, risklərin idarə edilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Keçidlər