Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Füzuli Şəhəri Günü – 17 oktyabr

17 oktyabr 2025 | 12:05
Azərbaycan xalqının müasir tarixində elə günlər var ki, həmin günlər milli kimliyimizin, dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün simvoluna çevrilmişdir. Bu mənada müasir tariximizdə 17 oktyabr - Füzuli şəhərinin azad olunduğu gün xüsusi yer tutur.
2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və strateji əməliyyatlar həyata keçirdi. Oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi hərbi baxımdan mühüm strateji mərhələ idi. Çünki Füzulinin azad olunması ilə Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində əməliyyatların aparılması üçün əlverişli mövqelər təmin edildi.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb. Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. 2020-ci il oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib.
Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis olunub. Dövlətimizin başçısının Sərəncamı ilə Azərbaycan Silahlı Qüvvələrinin minlərlə hərbi qulluqçusu bu medalla mükafatlandırılıb.
Keçidlər