Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Gənc nəslin vətənpərvərlik tərbiyəsi gənclər siyasətinin əsas istiqamətlərindən biridir

08 may 2026 | 17:10
 
Qusar rayonunun Ağamməd Şixməmmədov adına Həsənqala kənd tam orta ümumtəhsil məktəbində Vətən müharibəsi qaziləri və hərbçilərin iştirakı ilə şagirdlərlə maarifləndirici görüş keçirilib. Görüşün əsas məqsədi gənc nəslə Vətən sevgisinin, dövlətə sədaqət hissinin aşılanması, şagirdlərin qəhrəmanlıq tariximiz barədə daha geniş məlumatlandırılması olub.
Görüş zamanı çıxış edən qazilər şagirdlərlə öz döyüş xatirələrini bölüşərək Vətən uğrunda aparılan mübarizənin əhəmiyyətindən danışıblar. Bildirilib ki, gənclərin milli ruhda formalaşması, dövlətin tarixini dərindən bilmələri və qəhrəmanlarını yaxından tanımaları olduqca vacibdir. Çünki bu gün sinif otaqlarında oturan şagirdlər sabah Vətənin keşiyində dayanacaq əsgərlər, onun tərəqqisinə töhfə verəcək mütəxəssislərdir.
Tədbirdə məktəbin hərbi rəhbəri Mikayılov Röyal Kəbətulla oğlu nümunəvi fəaliyyəti, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində göstərdiyi xidmətlərə görə fəxri fərmanla təltif olunub.

Keçidlər