Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Gənclər gününə həsr olunmuş tədbir keçirilib

31 yanvar 2025 | 21:12
Yanvarın 31-də Qusar rayon Tarix-Diyarşünaslıq Muzeyində 2 fevral “Gənclər Günü” münasibətilə “Uğurlu gələcək gənclərlə gələcək!” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Qusar rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xatirə Nağıbəyova bu əlamətdar gün münasibətilə müstəqil Azərbaycan gənclərini ürəkdən təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.
Daha sonra çıxış edən digər natiqlər ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən, bu sahədə qazanılan nailiyyətlərdən söhbət açıblar.
Çıxış edən gənc nəslin nümayəndələri gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının həyata keçirildiyini, gənc istedadlara dövlət qayğısının artırıldığını qeyd ediblər. Ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında, elm, təhsil, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi, onların sosial problemlərinin həlli və hüquqlarının müdafiəsi istiqamətində görülən işlərə, göstərilən yüksək etimada görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, Qusar gəncliyi də dövlət başçısının fəaliyyətini dəstəkləyərək onlara olan inam və etimadı bundan sonra da doğrultmağa çalışacaqlar.
Tədbir rayonun istedadlı gənclərinin ifasında bədii hissə ilə davam etdirilib, çay süfrəsi ətrafında səmimi müzakirələr aparılıb.
Keçidlər