Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Gənclər və idman naziri Fərid Qayıbov Qusar rayonuna səfər edib

22 aprel 2026 | 17:35
Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov aprelin 22-də Qusar rayonuna səfər edib. Səfər çərçivəsində nazir Fərid Qayıbov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, nazirliyin əməkdaşları və yerli qurumlarının rəhbərləri və RİH Başçısı Aparatının məsul şəxsləri rayonun idman infrastrukturu ilə əyani tanışlıq məqsədilə rayonun Nəriman Nərimanov adına Mədəniyyət və İstirahət Parkının ərazisində əsaslı təmir işləri aparılaraq yenidən qurulmuş “ISFA Sporting” Şahmat Məktəbi ilə tanış olublar. Məktəbin binasında tədris otaqlarının inventar və zəruri avadanlıqlarla təchizat səviyyəsinə, təlim prosesinin təşkili üçün yaradılmış şəraitə baxış keçirilib. Nazir Fərid Qayıbova obyektin təmir-bərpa işlərinin əsas mərhələləri, hazırda aparılan son tamamlanma işləri və istismara hazırlıq üzrə görülən tədbirlər barədə ətraflı məlumat verilib. Rayon səviyyəsində şahmat idman növünün kütləviliyinin təmin edilməsi, bu sahəyə marağın artırılması üçün stimullaşdırıcı tədbirlərin tətbiqi, peşəkar səviyyədə hazırlığın təmin olunması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Həmçinin Şövkət Orduxanov adına Qusar Şəhər Stadionuna baxış keçirilib. Stadionun mövcud vəziyyəti yerində təhlil edilib. Stadionda həyata keçirilməsi zəruri olan əsaslı təmir-bərpa işlərinin istiqamətləri müəyyənləşdirilib.
Qeyd etmək lazımdır ki, hazırda Gənclər və İdman Nazirliyinin balansında olan Şövkət Orduxanov adına Qusar Şəhər Stadionunda təmir-bərpa işlərinə başlanılmayıb. Bununla belə, zəruri prosedurlar tamamlandıqdan sonra təmir işlərinə başlanılması planlaşdırılır.
Keçidlər