Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Gənclərin zərərli vərdişlərdən qorunmasında mənəvi və dini dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

14 may 2026 | 18:50
Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların narkomaniya, alkoqolizm və dini radikalizm kimi zərərli vərdişlərdən qorunması, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər gənc nəslin yetişdirilməsi ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əsasını təşkil edir. Bu istiqamətdə rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində mütəmadi olaraq təhsilalanlarla maarifləndirici görüşlər keçirilir.
Mayın 13-də rayonun Gədəzeyxur kənd tam orta ümumtəhsil məktəbində “Gənclərin zərərli vərdişlərdən qorunmasında mənəvi və dini dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edən natiqlər nitqlərində bildiriblər ki, təhsilalanlara müasir tələblərə cavab verən keyfiyyətli təhsil verməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər vətəndaşlar kimi yetişdirilməsi, həmçinin zərərli vərdişlərlə bağlı mütəmadi olaraq maarifləndirmə işinin aparılması təhsil müəssisələrinin qarşısında duran prioritet vəzifələrdəndir. Qeyd olunub ki, Azərbaycan dövləti gənclərin hərtərəfli inkişafı üçün ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Bu istiqamətdə qəbul olunmuş dövlət proqramları və həyata keçirilən tədbirlər gənclərin ictimai həyatda fəal iştirakını, elmə, idmana və yaradıcılığa meylini gücləndirməklə yanaşı, zərərli vərdişlərin və digər mənfi təsirlərin qarşısını almağa yönəlmiş kompleks işin əsasını təşkil edir. Zərərli vərdişlərə qarşı mübarizədə isə yalnız dövlət qurumlarının deyil, ailənin, təhsil müəssisələrinin və cəmiyyətin birgə fəaliyyəti, gənclərdə dürüstlük, məsuliyyət, vətənpərvərlik kimi keyfiyyətlərin aşılanması onların mənfi təsirlərə qarşı immunitetini artırır, onları ictimai faydalı fəaliyyətə yönəldir.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Keçidlər