Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Girik kəndində səyyar qəbul keçirilmişdir

07 may 2024 | 18:16

Qusar rayonunun Girik kəndində keçirilən növbəti səyyar qəbulda kənd sakinləri onları narahat edən məsələlər barədə öz fikirlərini səsləndiriblər. Sakinlər taxıl sahələrindən yüksək məhsuldarlığı əldə edilməsi üçün toxumçu fermerləri elit taxıl toxumları ilə təmin edilməsi, fərdi evlərin tikintisində tikinti materialları kimi istifadə olunan çay daşı, qum və çınqılın çay məcralarından götürülməsinə 5 saylı Ekologiya və Təbii sərvətlər idarəsindən müvafiq razılığın alınması, Samur-Həzrə asfalt örtüklü avtomobil yolunun Girik kəndi ərazisndə nişanlanma xətlərinin yenidən çəkilməsi, kənd yollarının hamarlanması və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə izahat verilmiş, digər  problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.

Keçidlər