Görkəmli bəstəkar Elza İbrahimovanın xatirəsi yad edilib
10 yanvar 2026 | 17:25
Yanvarın 10-da Qusar şəhər Uşaq İncəsənət Məktəbində Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan və Dağıstan Respublikalarının xalq artisti, tanınmış bəstəkar Elza İbrahimovanın anadan olmasının ildönümü münasibətilə konsert proqramı keçirilmişdir.
Konsert proqramında Qusar Rayon İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Elza İbrahimovanın qardaşı Çingiz İbrahimov, yazıçı, jurnalist Sədaqət Kərimova, mədəniyyət və digər müəssisələrin rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görkəmli bəstəkarın zəngin və çoxşaxəli yaradıcılığına həsr edilmiş, "Nəğmə dolu ürəyəm, ey Vətən" adlı konsert proqramında rayonun tanınmış incəsənət nümayəndələrinin təqdimatında bəstəkarın dillər əzbəri olan “Ey Vətən”, “Gedək üzü küləyə”, “Gecələr bulaq başı”, “Anamın sevimli nəğməsi”, “Sən yadıma düşəndə”, “Qurban verərdim”, “Təki sən səslə məni”, “Gəl barışaq” və digər mahnıları tamaşaçılara təqdim olunmuşdur.






