Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq görüləcək işlər müzakirə olunub
14 aprel 2025 | 18:41
14-17 aprel 2025-ci il tarixdə respublika ərazisində gözlənilən kəskin hava şəraitinin dəyişməsi ilə əlaqədar rayon ərazisində baş verə biləcək hadisələrin və fəsadların qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi üçün 14 aprel 2025-ci il tarixində Qusar Rayon İcra Hakimiyyəti başçısının yanında rayon Fövqəladə hallar komissiyasının iclası keçirilmişdir.
İclasda RİH başçısı Aparatının məsul əməkdaşları, aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov yağıntılı hava şəraiti ilə əlaqədar olaraq, mümkün fəsadların qarşısının alınması üçün müvafiq infrastrukturun tam hazır vəziyyətə gətirilməsi, təxirəsalınmaz tədbirlərin görülməsinə dair tapşırıqlarını verib.
İclasda təhlükəli hidrometereoloji hadisələrə, sel-sularına məruz qalma ehtimalı olan ərazilər, yaşayış məntəqələri müəyyən edilmişdir. Sel təhlükəsi olan ərazilərə yaxın yerlərə cəlb oluna biləcək texnikaların sayı dəqiqləşdirilmiş, idarələrdə növbətçiliyin təşkili ilə bağlı rayonun xidmət sahələrinin rəhbərlərinə ciddi tapşırıqlar verilmişdir. Həmçinin RİHB yanında İƏD üzrə nümayəndəliklərlə onlayn görüş keçirilmiş, görüşdə qabaqlayıcı tədbirlərin görülməsi tövsiyə olunmuşdur.