Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Güclü külək Qusarda fəsadlara səbəb olmuşdur

03 sentyabr 2024 | 19:48

2024-cü il sentyabr ayının ikisində Qusar rayonu ərazisində küləkli hava şəraiti müşahidə edilmiş, rayonun elektrik təsərrüfatına, məktəb binalarına, bir sıra yaşayış məntəqələrində vətəndaşlara məxsus tikililərə və minik avtomobillərinə ziyan dəymişdir. Güclü külək nəticəsində bir sıra istiqamətlərdə elektrik dirəkləri aşmış, 7500-dən çox abonentin elektrik enerjisi ilə təminatında fasilələr yaranmışdır. Qalacıq, Quxuroba, Zindanmuruqqışlaq, Çubuqlu kəndlərində sakinlərə məxsus tikililərin, eləcə də Atlıxan kənd tam orta məktəbinin dam örtüyü sıradan çıxmışdır.

Hazırda elektrik enerjisinin təminatının bərpa olunması, eləcə də digər fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Keçidlər