Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

"Heydər Əliyev irsi və vətənpərvərlik tərbiyəsi" mövzusunda maarifləndirici tədbir keçirilib

20 oktyabr 2026 | 17:40
Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ideyalarının gənc nəslə çatdırılması və şagirdlərdə milli-mənəvi dəyərlərə bağlılıq, Vətənə sədaqət hisslərinin möhkəmləndirilməsi məqsədilə oktyabrın 20-də Qusar şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində "Heydər Əliyev irsi və vətənpərvərlik tərbiyəsi" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşdırılması və möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, eləcə də gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, Ulu Öndərin müəyyənləşdirdiyi dövlətçilik prinsiplərinin və zəngin siyasi irsinin öyrənilməsi gənc nəslin milli kimlik şüurunun və vətəndaşlıq məsuliyyətinin formalaşmasında mühüm rol oynayır.
Çıxışlarda şagirdlərin Vətənə sevgi, dövlət rəmzlərinə hörmət, milli dəyərlərə sədaqət ruhunda tərbiyəsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Heydər Əliyev irsinin dərindən öyrənilməsi və onun ideyalarının gələcək nəsillərə ötürülməsi milli dövlətçilik ənənələrinin yaşadılması və vətənpərvərlik dəyərlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Keçidlər