Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Heydər Əliyev irsini öyrənirik” mövzusunda maarifləndirici tədbir keçirilib

16 oktyabr 2026 | 17:49
Gənc nəslin Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərinin həyat yolu və fəaliyyəti barədə məlumatlandırılması məqsədilə ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlərin təşkili diqqət mərkəzində saxlanılır. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin, dövlət quruculuğu sahəsindəki xidmətlərinin, milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi siyasətin öyrənilməsi gənc nəslin tarixi biliklərinin genişləndirilməsi və dövlətçilik düşüncəsinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu istiqamətdə Kərim Kərimov adına Hil kənd tam orta ümumtəhsil məktəbində “Heydər Əliyev irsini öyrənirik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat yolu, çoxşaxəli siyasi fəaliyyəti və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, onun rəhbərliyi dövründə ölkənin sosial-iqtisadi inkişafına, idarəetmə sisteminin təkmilləşdirilməsinə, milli kadr potensialının gücləndirilməsinə və müxtəlif sahələrdə institusional əsasların formalaşdırılmasına xüsusi diqqət yetirilib. Bu fəaliyyətin ayrı-ayrı istiqamətlərinin öyrənilməsi Azərbaycanın müasir tarixində baş vermiş proseslərin mahiyyətini anlamaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Maarifləndirici tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan dilinin və mədəniyyətinin inkişafı, tarixi irsimizin yaşadılması istiqamətində çoxşaxəli fəaliyyəti ilə bağlı məlumat verilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Keçidlər