Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərslərinin növbəti məşğələsi keçirilib-16.10.2026

16 oktyabr 2026 | 18:21
Oktyabrın 16-da Qusar Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının birgə təşkilatçılığı ilə Qusar Rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının nəzdində fəaliyyət göstərən “Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərslərinin növbəti məşğələsi keçirilib. 18 Oktyabr -Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunan məşğələ Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.
YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova Müstəqilliyin Bərpası Gününün tarixi əhəmiyyəti, Azərbaycan dövlətçiliyinin inkişaf mərhələləri barədə məlumat verib. O, çıxışında Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin, dövlətçilik ənənələrinin qorunmasının və gənclərin ölkənin ictimai-siyasi həyatında fəal mövqe tutmasının əhəmiyyətinə toxunub.
Qusar Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Kəmalə Qliçova da mövzu ilə bağlı fikirlərini bölüşərək müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, milli birliyin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətini vurğulayıb.
Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru, Qusar Peşə Liseyinin tələbələri də müzakirə olunan mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Keçidlər