Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

"Heydər Əliyev siyasi məktəbini öyrənirik" dərslərinin növbəti məşğələsi keçirilib

01 avqust 2025 | 18:58
Avqustun 1-də Qusar Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar “Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərslərinin “Azərbaycan xalqının ən böyük milli sərvəti-doğma dilimiz” mövzusunda gənclərlə məşğələ keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Atluxanova, YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova, Quba-Xaçmaz Regional Mədəniyyət idarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva və partiyanın gənc fəalı Rəhman Ağabalayev çıxış ediblər.
Qeyd olunub ki, Azərbaycan dilinin qorunması və inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri danılmazdır. Azərbaycan dili əsrlər boyu xalqımızın milli-mənəvi varlığının, kimliyinin və dövlətçilik təfəkkürünün formalaşmasında mühüm rol oynamışdır. Ana dilimizin dövlət dili statusu alması istiqamətində mühüm dönüş nöqtəsi isə 1978-ci ildə, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması ilə başlanmışdır. Bu strateji xətt 1995-ci il Konstitusiyasında da davam etdirilərək müstəqil Azərbaycan Respublikasının dövlət dili kimi bir daha hüquqi təminata alınmışdır. Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun və onun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dilin qorunması, ədəbi dilin inkişafı, təbliği istiqamətində həyata keçirilən layihələr ana dilimizə olan qayğının davamlı xarakter aldığını nümayiş etdirir.
Tədbir çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda videoçarx nümayiş etdirilib.
Keçidlər