Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda bilik yarışı təşkil edilib

26 may 2025 | 18:35
Mayın 26-da Qusar Rayon Heydər Əliyev Mərkəzində dövlətçilik tariximizin əlamətdar günü – 28 May Müstəqillik Günü və Konstitusiya və Suverenlik İlinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda bilik yarışı keçirilmişdir. Belə yarışların keçirilməsində əsas məqsəd gənc nəslin vətənpərvərlik ruhunu gücləndirmək, onlarda milli kimlik şüurunu möhkəmləndirmək və Azərbaycan tarixi barədə dolğun və ətraflı biliklər formalaşdırmaq, həmçinin şagirdlərin əqli və yaradıcı potensialını aşkara çıxararaq, onların analitik və məntiqi təfəkkürünü inkişaf etdirməkdir.
Yarış çərçivəsində Qusar şəhər məktəblərini təmsil edən 20-yə yaxın şagird öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Tədbirdə çıxış edən Qusar RİHB Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Hacıyev belə bilik yarışlarının məktəblilərin həm təhsil həyatında, həm də şəxsiyyət kimi inkişafında, milli tariximizin və Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsində mühüm rol oynadığını qeyd edib.
Tədbirdə çıxış edən digər natiqlər bilik yarışmasının ümummilli lider Heydər Əliyevin zəngin siyasi və dövlətçilik irsinin gənclər arasında geniş təbliğində mühüm vasitə rolunu oynadığını diqqətə çatdırıblar.
Yarışmanın nəticələrinə görə “Zirvə”, “Zəfər”, “Lider” və “Qalib” komandaları ardıcıl olaraq, I, II və III yerlərdə qərarlaşıblar. Qalib komandalar diplomlarla təltif olunublar.
Keçidlər