Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Heydər Əliyevin 100 iliyi (1923-2023)” yubiley medalı ilə təltif olundular.

19 mart 2024 | 16:37

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev ili” elan olunmuşdur. Müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, Qusar rayonunda da silsilə tədbirlərlə qeyd olundu. Heydər Əliyev ili ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq “Heydər Əliyevin 100 iliyi (1923-2023)” yubiley təsis edilmiş və cənab Prezidentin müvafiq sərəncamı ilə ictimai fəal şəxslər “Heydər Əliyevin 100 iliyi (1923-2023)” yubiley medalı ilə təltif olunmuşlar. Qusar rayon Ağsaqallar şurasının sədri Vahid Mehdixanov, Ağsaqallar şurasının sədr müavini Sənan Xəlilov və uzun müddət təhsil sahəsində çalışan Əliyulla Ağalarov da təltif olunan şəxslər sırasındadır. Bununla əlaqədar olaraq Qusar rayon İcra Hakimiyyətinin inzibati binasında medalların təqdimetmə mərasimi keçirilmişdir. Mərasimdə çıxış edənlər müasir və müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin xalqının və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışmışlar. Daha sonra təltif olunanlara medallar təqdim olunub. Təltif olunan qusarlılar Ulu Öndər Heydər Əliyevin siyasi dəvamçısı, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə onlara göstərilən diqqətə və ali mükafata görə təşəkkürlərini ifadə etmişlər.

Keçidlər