Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Həzrə kənd sakinlərini narahat edən problemlər yerində dinlənilmişdir

23 fevral 2024 | 17:13

Qusar rayonun Həzrə kəndində keçirilən növbəti səyyar qəbulda kənd sakinlərinin problemləri dinlənilmiş, onların həlli istiqamətində müzakirələr aparılmışdır. Sakinlər uşaq bağçasında mərkəzləşdirilmiş istilik sisteminin, Samur-Həzrə avtomobil yolunda nəqliyyat vasitələrinin surətini məhdudlaşdıran maneələrin quraşdırılması, şəhid ailələrin və müharibə iştirakçılarının evlə təmin olunması, isitismara yararsız elektrik naqillərinin və dayaqlarının yenilənməsi və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan müəyyən məsələlərə müvafiq izahat verilmiş, digər problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.

Keçidlər