Hil, İmamqulukənd və Balaqusar bələdiyyələrinin hesabat yığıncaqları keçirilib
28 yanvar 2026 | 18:45
Yanvarın 27-də Hil və İmamqulukənd bələdiyyələrinin, yanvarın 28-də Balaqusar bələdiyyəsinin 2025-ci ilin yekunlarına həsr edilmiş hesabat yığıncaqları keçirilib. Hesabat yığıncaqlarında Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, bələdiyyələrin əhatə etdiyi kəndlərdə fəaliyyət göstərən dövlət müəssisələrinin rəhbərləri, əməkdaşları və sakinlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yığıncaqlarda bələdiyyələr tərəfindən hesabat dövründə görülmüş işlərlə bağlı geniş məlumat verilib. Hesabat dövründə yerli büdcənin icrası və xərc istiqamətləri haqqında məlumatlar açıqlanıb və qarşıdakı dövr üçün planlaşdırılan tədbirlər barədə müzakirələr aparılıb.
Ağsaqqallar və ziyalılar bələdiyyələrin fəaliyyətinə dəstək olduqlarını bilidirərək, xüsusilə yerli vergilərin vaxtında və düzgün ödənilməsi məqsədilə sakinlərlə maarifləndirmə işinin aparılmasında yaxından iştirak edəcəklərini bildiriblər. Qeyd olunub ki, bu istiqamətdə birgə fəaliyyət bələdiyyələrin maliyyə imkanlarının artırılmasına və görülən işlərin davamlı olmasına mühüm töhfə verəcək.






