Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Hil kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagird və məzunları yüksək nəticələrə imza atıblar

27 iyul 2026 | 17:23
 
Rayonun Kərim Kərimov adına Hil kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagird və məzunları cari ildə yüksək nəticələrə imza atıblar.
Məktəbin tarixində ilk dəfə olaraq Məlikov Qəhrəman Şakif oğlu tam orta təhsil pilləsini qızıl medal və xüsusi nümunəli attestat ilə başa vurub. Qeyd edək ki, Qəhrəman Məlikov üçqat olimpiada qalibidir. O, coğrafiya fənni üzrə ardıcıl olaraq gümüş və 2 dəfə qızıl medal qazanıb.
Məktəbin 2026-cı il məzunlarından 8 nəfər ali məktəblərə qəbul imtahanının I mərhələsində 200 baldan yuxarı nəticə göstərərək fərqlənmə attestatına layiq görülüblər. Məzunlar arasında Elvira Məlikova III ixtisas qrupu üzrə 640,7 bal, Jasmin Mikayılova isə I ixtisas qrupu üzrə 603,8 bal toplayaraq yüksək nəticə göstəriblər.
Məktəbin uğurları bununla bitmir. Məktəbin yüksək göstəricili məzunu Günel Qurbanova 2025-ci ildə Ümumdünya Statistika Günü münasibətilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən ölkə üzrə yuxarı sinif şagirdləri və tələbələr arasında keçirilən statistik olimpiadada iştirak edərək 3355 şagird və 198 tələbə arasında I yerə layiq görülüb.
Yüksək göstəricilər ümumi orta təhsil pilləsində də davam etdirilir. Belə ki, məktəbin 9-cu sinif şagirdi Madina Orucova ümumi orta təhsil pilləsini fərqlənmə attestatı ilə başa vurub. Eyni sinfin digər şagirdi Gözəl Hüseynova isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə İctimai Televiziyada yayımlanan “Əlaçı” intellektual televiziya müsabiqəsinin qalibi olmuşdur.
Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının adından məktəbin rəhbərliyi və pedaqoji kollektivini, fərqlənən şagird və məzunlarımızı təbrik edir, onlara gələcək təhsil həyatlarında uğurlar arzulayırıq.
Keçidlər