Hil kəndində Qusar rayon İcra Hakimiyyətinin başçısının səyyar qəbulu keçirilmişdir.
13 aprel 2023 | 15:49
Qusar rayon İcra Hakimiyyətinin başçsı tərəfindən rayonun Hil kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Kənd sakinləri kənd məktəbinin təmir olunması, Sirt məhəlləsində yeni məktəb binasının və yeni uşaq bağçasının tikintisi, elektrik və səhiyyə sahəsində mövcud problemlərə toxunublar. Sakinlər tərəfindən qaldırılan suallar dinlənilmiş, bir sıra məsələlərlə bağlı müvafiq izahat verilmiş, digər problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.