Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Hil kəndində sakinlərlə növbəti səyyar qəbul keçirilib

03 aprel 2025 | 19:50

Qusar Rayon İcra Hakimiyyəti başçısının yerlərdə vətəndaşlarla səyyar görüşlər keçirməsi artıq ənənə halını alıb. Bu qəbildən olan növbəti səyyar görüş rayonun Hil kəndində baş tutub. Rayon İcra Hakimiyyətinin başçısı, RİH başçısı Aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının, idarə, təşkilat, xidmət sahələrinin rəhbərlərinin və kənd sakinlərinin iştirakı ilə baş tutmuş görüşdə sakinlər aktual məsələləri rayon rəhbərinin diqqətinə çatdırıblar.

Görüşdən əvvəl Hil kənd tam orta məktəbində hərbi hazırlıq dərsinin gedişatı ilə tanış olan icra başçısı şagirdlər və müəllimləri ilə həmsöhbət olub. Şagirdlərin hazırlıq səviyyəsi və təhsil göstəriciləri ilə maraqlanıb.

Hil kənd tam orta məktəbinin binasında baş tutan görüşdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra sakinlər içməli su çatışmazlığı, istismara yararsız elektrik dirəkləri və xətlərinin dəyişdirilməsi, məhəllədaxili yolların təmiri, örüş sahələrinin azlığı, yeni məhəllələrə qaz xəttinin çəkilməsi və digər məsələlərlə bağlı müraciətlərini etdilər.

Görüş zamanı sakinləri maraqlandıran məsələlər müzakirə edilib, müraciətləri cavablandırılıb, kəndin elektrik şəbəkəsinin yenidən qurulmasına bu günlərdə başlanacağı sakinlərin diqqətinə çatdırılıb. Araşdırılması vaxt tələb edən digər məsələlər nəzarətə götürülüb və həlləri istiqamətində müvafiq tapşırıqlar verilib.

Səyyar qəbuldan sonra İcra Hakimiyyəti başçısının Hil kəndindən olan şəhid ailələri, qazilər və ağsaqqallarla görüşü baş tutmuşdur. Çay süfrəsi ətrafında səmimi polemika şəraitində keçən görüşdə adları Vətən tarixinə əbədi yazılan şəhidlərimizin ölkəmizdə daim hörmət və ehtiramla yad edildiyini vurğulayan icra başçısı şəhidlərimizin xatirəsini ehtiramla anıb, qazilərimizə şəfa diləyib. Görüşdə iştirak edən şəhid ailələri və qazilərin qayğıları ilə maraqlanıb, müraciətlərini dinləyib. Söhbət zamanı, həmçinin rayonda mövcud problemlər, görülən işlər müzakirə edilib, bu istiqamətdə ağsaqqalların təklifləri dinlənilib.

Görüş iştirakçıları rayonda bütün təbəqələrdən olan insanlara eyni cür qayğının göstərilməsini yüksək qiymətləndirərək, razılıqlarını ifadə ediblər. Onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. 

Görüşlərdən sonra vətəndaşların qaldırdıqları içməli su məsələsi ilə əlaqədar kəndin bir hissəsini su ilə təmin edən gölə baxış keçirilmişdir.

Keçidlər