Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Hil və Quxuroba kənd tam orta ümumtəhsil məktəblərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

07 noyabr 2026 | 12:00
 
8 Noyabr – Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun misilsiz şücaəti və xalqımızın sarsılmaz birliyi sayəsində torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu Qələbə təkcə hərbi zəfər deyil, milli qürurumuzun, dövlətçilik iradəmizin və tarixi ədalətin bərpası idi.
Zəfər Gününün 6-cı ildönümü münasibətilə Qusar rayonunun Hil və Quxuroba kənd tam orta ümumtəhsil məktəblərində tədbirlər keçirilib. Tədbirlər şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Çıxışlarda 30 ilə yaxın davam edən işğala son qoyan 44 günlük Vətən müharibəsi haqqında məlumat verilib. Qeyd olunub ki, torpaqlarımızın düşmən işğalından azad edilməsi Azərbaycan Ordusunun peşəkarlığının, döyüş ruhunun və Ali Baş Komandanın uzaqgörən hərbi-siyasi strategiyasının nəticəsi idi. Çıxışçılar vurğulayıblar ki, bu şanlı tarix heç vaxt unudulmayacaq, şəhidlərimizin xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən, Böyük Qayıdış proqramı ilə bağlı məlumat verilərək bildirilib ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda salınan yeni şəhər və kəndlər, inşa edilən məktəblər, yollar və yaşayış kompleksləri Zəfərin davamı, gələcəyə inamın təzahürüdür. Tədbirlərin bədii hissəsində şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiyalar təqdim edilib.
Keçidlər