Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Himayədar ailə qayğı modeli” mövzusunda ictimai dinləmə keçirilib

22 may 2026 | 14:13
Mayın 21-də Qusar Rayon Heydər Əliyev Mərkəzində Qusar Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional Filialının birgə təşkilatçılığı ilə “Himayədar ailə qayğı modeli” mövzusunda ictimai dinləmə keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulan alternativ qayğı mexanizmləri, xüsusilə himayədar ailə modeli və bu sahədə həyata keçirilən dövlət siyasəti barədə ictimai məlumatlılığın artırılması olmuşdur.
Tədbirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin, Agentliyin Quba-Xaçmaz Regional Filialının, Qusar Rayon İcra Hakimiyyətinin, "Sosial-İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin əməkdaşları, 3 himayədar ailə, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Çıxış edən natiqlər bildiriblər ki, valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların ailə mühitində sağlam və təhlükəsiz şəkildə böyüməsinin təmin edilməsi məqsədilə himayədar ailə qayğı modeli tətbiq edilir. İştirakçılara himayədar ailə qayğı modelinin mahiyyəti, tətbiq mexanizmləri, üstünlükləri, himayədar valideyn olmaq istəyən şəxslər üçün müəyyən olunmuş meyarlar, seçim mərhələləri, eləcə də prosesin hüquqi və sosial aspektləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, himayədar ailə müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olan və bioloji ailəsində yaşaması mümkün olmayan uşaqların qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında, müqavilə əsasında və ödənişli əsaslarla ailə mühitində böyüməsini təmin edən alternativ ailə əsaslı qayğı formasıdır. Bu modelin məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqların sosial xidmət müəssisələrində deyil, ailə mühitində böyüyüb tərbiyə almasının təmin edilməsidir.
Tədbirdə iştirak edən himayədar ailələr də öz təcrübələrini bölüşərək qeyd ediblər ki, ailə mühitində böyüyən, sevgi, diqqət və qayğı ilə əhatə olunan uşaqlar cəmiyyətə daha asan uyğunlaşır, sosial bacarıqları daha yaxşı inkişaf edir. Bu baxımdan himayədar ailə qayğı modeli valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsini təmin etməklə onların sosial, psixoloji və mənəvi inkişafına müsbət təsir göstərən alternativ qayğı forması kimi çıxış edir.
İctimai dinləmə çərçivəsində iştirakçılarla geniş müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Keçidlər