İcra başçısı Arçan və Əlix kəndlərində sakinlərlə görüşüb
28 iyul 2025 | 18:20
İyulun 27-si, bazar günündə Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov rayonun yüksək dağlıq ərazilərinə səfər edərək, dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşən Arçan və 2350 metr hündürlükdə yerləşən Əlix kəndlərində sakinlərlə görüşüb.
Görüş zamanı kənd əhalisinin qaldırdığı sosial, infrastruktur və təsərrüfat məsələləri dinlənilib. Qeyd edilib ki, sakinlərin qaldırdığı hər bir məsələ diqqət mərkəzində saxlanılacaq və həlli istiqamətində ardıcıl tədbirlər görüləcək.
Səfər çərçivəsində icra başçısı həmçinin BP şirkətinin maliyyə dəstəyi ilə "ISFA" MMC tərəfindən Avaran kəndi ərazisində həyata keçirilən su təchizatı layihəsi çərçivəsində görülən işlərlə tanış olub.






