Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

İcra başçısı Atlıxan kəndində vətəndaşların səyyar qəbulunu keçirib

21 yanvar 2025 | 20:39
Qusar rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşlarla mütəmadi olaraq keçirilən səyyar görüş və qəbulların əsas məqsədi vətəndaşların problemlərinin operativ şəkildə həll olunmasıdır.
Bu qəbildən olan növbəti səyyar görüş Rayon İcra Hakimiyyətinin başçısı, RİH başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, xidmət sahəsinin rəhbərləri, müvafiq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin və bələdiyyənin, kənd sakinlərinin iştirakı ilə rayonun Atlıxan kəndində baş tutub.
Görüşdən əvvəl Atlıxan kəndində şəhid Mirzəbəyov Babək Sabir oğlunun məzarı ziyarət olunaraq xatirəsi yad edilib.
Atlıxan kənd tam orta məktəbinin mövcud vəziyyəti ilə tanış olan icra başçısı dərslərin gedişatını izləyib, şagirdlər və müəllimləri ilə həmsöhbət olub.
Kənd sakinləri kənddaxili yolların təmiri, əkin sahələrinə gedən ara yolların açılması, məktəbin idman zalının damının təmir olunması ilə bağlı müraciətlərini edib, kəndin mavi yanacaqla təmin olunmamasının, suvarma suyunun çatışmazlığının, işıqların zəif olmasının və kənddə tibb məntəqəsinin fəaliyyət göstərməməsinin onlar üçün problem yaratdığını qeyd ediblər.
RİH başçısı tərəfindən sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Mütəmadi olaraq keçirilən səyyar görüşlərdən razı qaldıqlarını bildirən görüş iştirakçıları rayon rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər