Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

İcra başçısı Hil kəndində fəaliyyət göstərən güləş zalında yeniyetmələrlə görüşüb

06 fevral 2026 | 18:38
Fevralın 6-da Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Hil kəndində fəaliyyət göstərən güləş zalında olub, burada yaradılmış şəraitlə yerində tanış olub və məşq prosesini izləyib.
İcra başçısı zalda məşq edən yeniyetmələr, eləcə də məşqçi-müəllimlər ilə görüşüb, onlarla səmimi söhbət aparıb. Rayon rəhbəri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə idmanın kütləviliyinin artırılması, bölgələrdə müasir idman infrastrukturunun yaradılması, gənclərin idmana marağının artırılması və onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Məşqçi-müəllimlər güləş zalında yaradılmış şərait, məşq prosesinin təşkili, əldə olunan nailiyyətlər və qarşıda duran hədəflər barədə məlumat verərək bildiriblər ki, burada müxtəlif yaş qrupları üzrə gənclər mütəmadi şəkildə məşqlərdə iştirak edir, onların fiziki hazırlığının artırılması və yarışlara hazırlığı istiqamətində sistemli iş aparılır. Rayon İcra Hakimiyyətinin başçısı gənclərə fəaliyyətlərində uğurlar arzulayıb. Sonda Qusar Rayon İcra Hakimiyyəti tərəfindən yeniyetmələrə idman geyimləri hədiyyə edilib.
Eyni zamanda, Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev Qusar Uşaq-Gənclər İdman-Şahmat Məktəbində olub, məktəbin kollektivi və şagirdlərlə görüşərək söhbət aparıb. Sonda isə şagirdlərə idman geyimləri hədiyyə edilib.
Keçidlər