İcra başçısı Laza kəndində körpünün tikintisi işlərinə baxış keçirib
14 sentyabr 2025 | 17:14
Sentyabrın 14-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonda aparılan infrastruktur layihələrinin icra vəziyyəti ilə tanışlıq məqsədilə Laza kəndində olub, kənd ərazisində inşası davam edən körpünün tikintisi işlərinə baxış keçirib.






