Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

İcra başçısı “Qafqaz Robotexnika Mərkəzi”nin müəllimi və şagird kollektivi ilə görüşüb

26 fevral 2025 | 22:29
Süni intellekt, robotlaşma XXI əsrin çağırışlarından irəli gələn texnologiya olaraq cəmiyyətin inkişafına xidmət etmək üçün əvəzsiz imkanlar yaradır. Müasir dünyada inkişaf etmiş ölkələrdə demək olar ki, bütün sahələrdə süni intellektin imkanlarından istifadə olunur. Bu baxımdan onun düzgün istifadəsi daha parlaq və inkişaf etmiş cəmiyyətin formalaşmasına təkan verəcək.
Fevralın 26-da Qusar rayon İcra Hakimiyyəti başçısının rayon ərazisində fəaliyyət göstərən “Qafqaz Robotexnika Mərkəzi”nin müəllimi və şagird kollektivi ilə görüşü baş tutub. Görüşdə süni intellekt texnologiyalarının gündəlik həyatımızda əvəzsiz rolu, rayonda bu sahədə mövcud vəziyyət, qarşıda duran vəzifələr, çatışmazlıqlar və problemlər, həmçinin “Qafqaz Robotexnika Mərkəzi”nin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, 2024-cü ilin iyun ayından fəaliyyətə başlayan Mərkəzə 7-16 yaş aralığında şagirdlərin qəbulu aparılır. Hazırda 40-a yaxın şagirdin təhsil aldığı Mərkəzdə onlara proqramlaşdırma, mexanika, elektronika sahələri ilə bağlı biliklər öyrədilir.
Yarandığı qısa müddət ərzində bir çox uğurlara imza atan Mərkəzin yetirmələri Quba şəhərində keçirilən “STEM” yarışında I yerə layiq görülüblər. Tədris mərkəzinin müəllimi David Əliyev bildirib ki, 1 və 2 mart tarixlərində Mərkəzin şagirdləri Bakı şəhərində “Fibonacci International” robot olimpiadalarının Azərbaycan mərhələsində “Sumo robot” kateqoriyası üzrə iştirak edəcəklər.
Sonda şagirdlərin hazırladıqları mini robotlara baxış keçirilib.
Rayon ərazisində Robotexnika, süni intellekt sahələrinin inkişafının vacibliyini qeyd edən icra başçısı belə təqdirəlayiq təşəbbüslə çıxış etdiyi üçün “Qafqaz Robotexnika Mərkəzi”nin müəlliminə təşəkkürünü bildirib, onların fəaliyyətini daim dəstəkləməyə hazır olduğunu bildirib, şagirdlərə uğurlar arzu edib.
Səmimi diskussiya şəraitində keçən görüşə görə minnətdarlıqlarını bildirən görüş iştirakçıları öz üzərilərində daha çox işləyərək fəaliyyətlərini genişləndirəcəklərini qeyd ediblər.
Keçidlər