Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

İcra başçısı Qusar Olimpiya İdman Kompleksinin fəaliyyəti ilə tanış olub

14 iyul 2025 | 18:42


Son illərdə regionlarda idmanın inkişafı, müasir idman infrastrukturlarının yaradılması və gənc idmançıların peşəkar hazırlığı dövlət siyasətinin əsas prioritetlərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə aparılan ardıcıl islahatlar bölgələrdə idmanın kütləviliyini artırmaqla yanaşı, sağlam həyat tərzinin təbliği və gənclərin hərtərəfli inkişafına mühüm töhfə verir.
Rayonda idman infrastrukturunun vəziyyəti ilə yerində tanış olmaq məqsədilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov 14 iyul 2025-ci il tarixində Qusar Olimpiya İdman Kompleksinə baxış keçirib. İcra başçısı kompleksin fəaliyyəti, burada yaradılan şərait, müxtəlif idman növləri üzrə məşq zalları və ümumi infrastrukturla tanış olub. Kompleksdə fəaliyyət göstərən idman qurğularının vəziyyəti, avadanlıqların texniki imkanları və gənc idmançıların hazırlıq prosesi ilə maraqlanıb.
Məşqçilərlə görüşən rayon rəhbəri onların təkliflərini və mövcud problemlərlə bağlı müraciətlərini dinləyib, rayonun idman nailiyyətlərinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb. Daha sonra icra başçısı idman kompleksi daxilində məşqlərlə məşğul olan şagird idmançılarla görüşüb, onların hazırlıq səviyyəsi və iştirak etdikləri yarışlar barədə məlumat alıb, gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Keçidlər