Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

İcra başçısı rayon ərazisində aparılan abadlıq-quruculuq işləri və ticarət obyektlərinin mövcud vəziyyəti ilə tanış olub

24 yanvar 2026 | 21:46
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonda aparılan abadlıq - quruculuq işlərinin gedişatı ilə yerində tanış olub. Görülən işlərin keyfiyyəti, icra müddətinə riayət olunması və mövcud çatışmazlıqlar barədə məlumat alıb.
Bununla yanaşı, icra başçısı rayon ərazisində fəaliyyət göstərən market və mağazalara daxil olaraq ərzaq və qeyri-ərzaq məhsullarının satış vəziyyəti ilə maraqlanıb. Məhsulların keyfiyyəti, çeşid bolluğu, qiymətlərin mövcud vəziyyəti, sanitariya-gigiyena qaydalarına əməl olunması, eləcə də alıcıların sayı və ümumi xidmət səviyyəsi ilə tanış olub. İcra başçısı əhaliyə təqdim olunan məhsulların keyfiyyətinə daim nəzarət edilməsinin önəmini qeyd edib. Həmçinin rayon sakinləri ilə həmsöhbət olub.
Keçidlər