Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

İcra başçısı sakinlərin müraciətlərini yerində dinlədi

21 may 2025 | 18:39
 
Qusar Rayon İcra Hakimiyyəti başçısının yerlərdə sakinlərlə mütəmadi olaraq keçirdiyi səyyar qəbul-görüşləri əhali ilə birbaşa və səmərəli ünsiyyət vasitələrindən birisinə çevrilmişdir.
Bu qəbildən olan növbəti səyyar qəbul rayonun Yuxarı Ləgər kəndində baş tutmuşdur. Rayon icra hakimiyyətinin başçısı ilə birgə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Habil Əzənmədov, RİH başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə baş tutmuş görüşdə sakinlər sosial və infrastruktur sahələrinə aid mövcud problemləri diqqətə çatdırıblar. Səyyar qəbul zamanı kənd həkim tibb məntəqəsi üçün binanın, ixtisaslı kadrların olmamasının onlar üçün problem yaratdığını qeyd edən sakinlər kənddaxili yolların təmiri, fərdi evin tikintisi üçün torpaq sahəsinin ayrılması, işlə təminat, elektrik naqillərinə maaneəçilik törədən ağacların budanması və digər məsələlərlə bağlı müraciətlərini ediblər.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov səsləndirilən problemlərin mərhələli şəkildə həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, yerlərdə sakinlərlə görüşlərin davamlı xarakter daşıyacağı və hər bir müraciətin diqqətdə saxlanılacağını qeyd edib.
Sakinlər isə öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, bu cür açıq görüşlərin davamlı olmasının əhəmiyyətini qeyd ediblər.
Keçidlər