Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

İcra başçısı və Milli Məclisin deputatı Yuxarı Tahircal kəndində olublar

26 yanvar 2025 | 21:28

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun vətəndaşları yerlərdə fərdi şəkildə qəbul etməsi, onları narahat edən məsələləri dinləyib  həlli istiqamətində tapşırıqlar verməsi artıq bir ənənə halını alıb.

Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov və Milli Məclisin deputatı Azər Badamov yanvarın 26-da rayonun Yuxarı Tahircal kəndində olublar,  mədəniyyət evi, məktəb və digər müəssisələrin fəaliyyəti ilə yaxından tanış olublar.

Kənd sakinləri ilə  səmimi söhbəti zamanı rayon rəhbəri və Milli Məclisin deputatı onların müraciət və təkliflərini dinləyərək qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını qeyd ediblər.

Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə xüsusi həssaslıqla yanaşması, müəllim və şagirdlərlə mütəmadi olaraq görüşməsi, rayon ərazisində fəaliyyət göstərən  məktəblərdə tədrisin təşkili ilə yerindəcə tanış olması rayonda təhsilin inkişafına böyük önəm verilməsindən xəbər verir.

Yuxarı Tahircal kənd tam orta məktəbinin mövcud vəziyyəti, şagirdlərə verilən təhsilin keyfiyyəti, bu sahədə mövcud problemlər ilə maraqlanan icra başçısı gələcək nəslin təlim və tərbiyəsində təhsil işçilərinin, müəllimlərin üzərinə böyük yük və məsuliyyət düşdüyünü qeyd edib.

Yuxarı Tahircal kənd mədəniyyət evinin kollektivi ilə görüşən icra başçısı və Milli Məclisin deputatı Azər Badamov mədəniyyət müəssisəsinin fəaliyyəti ilə tanış olub, kollektivin təkliflərini dinləyib, qayğıları ilə maraqlanıblar. Onlara son aylarda  görülən işlər, həyata keçirilən müxtəlif mədəni-kütləvi tədbirlər haqqında məlumat verilib.

Yuxarı Tahircal kənd sakinləri rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək  vətəndaşlarla mütəmadi olaraq görüşlərin keçirilməsini, onların problemlərinin həlli istiqamətində təxirəsalınmaz işlərin görülməsini təqdirəlayiq hesab edərək ölkə  və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər