İcra başçısı Vətən Müharibəsi Qəhrəmanının evində olub
14 yanvar 2025 | 15:38
Şəhid ailələrinə, Vətən müharibəsi iştirakçıları, hərbçi və qazilərimizə diqqət və qayğının göstərilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və rifah hallarının yüksəldilməsi bu gün ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Balaqusar kəndində Vətən müharibəsi qəhrəmanı Mayor Şixnəbiyev Renat Güləmməd oğlunun evində olub.
Çay süfrəsi ətrafında səmimi söhbət zamanı RİH başçısı hərbiçinin və ailəsinin problem və qayğıları ilə maraqlanıb.
Vətən müharibəsində əldə edilən parlaq qələbədən, Ordu sıralarında vuruşan əsgər və zabitlərimizin şücaətindən danışan İcra başçısı bu gün ölkəmizdə şəhid ailələrinə, qazilərə, eləcə də müharibə iştirakçıları və hərbiçilərə göstərilən dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini qeyd edib.
Renat Şixnəbiyevin atası oğlunun cəbhə xatirələrindən, şərəfli döyüş yolundan bəhs edib, onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı və rayon rəhbərliyinə öz minnətdarlığını ifadə edib.
Cəsur döyüşçümüz Renat Şixnəbiyev döyüşlərdə göstərdiyi şücaətinə və qüsursuz xidmətlərinə görə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.