Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

İcra başçısı yeni yol tikintisi və “Şahdağ” Fermer Təssərrüfatının fəaliyyəti ilə tanış olub

24 may 2025 | 13:39
 
Son illər Qusar rayonunda yol infrastrukturunun yenidən qurulması və müasir tələblərə uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba - Hiloba - Yasaboba - Əniqoba - Aşağı İmamqulukənd - Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 may tarixli Sərəncamı ilə bu yolun təmiri üçün dövlət büdcəsindən 1.5 milyon manat vəsait ayrılmışdır.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov Quxuroba – Hiloba – Yasaboba – Əniqoba - Aşağı İmamqulukənd - Şirvanlı avtomobil yolunda görülən işlərlə yerində tanış olub. Rayon rəhbərinə məlumat verilib ki, layihə çərçivəsində yol əsasının tikintisi, yeni asfalt-beton örtüyünün salınması, drenaj sistemlərinin və suötürücü qurğuların qurulması və yol təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq işlərin icrası nəzərdə tutulub. İcra başçısı işlərin vaxtında, yüksək keyfiyyətlə və texniki normalara uyğun şəkildə tamamlanmasının vacibliyini vurğulayıb və bu istiqamətdə müvafiq tapşırıqlar verib.
Daha sonra RİH başçısı Yasaboba kəndində “Şahdağ” Fermer Təsərrüfatının fəaliyyəti ilə tanış olub. Qeyd edilib ki, həm məhsul istehsalı, həm də əhalinin məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edən təsərrüfatda 110 nəfər işçi qüvvəsi çalışır, orta aylıq əmək haqqı 640 manat təşkil edir. İşçilər təsərrüfat hesabına nahar yeməyi, nəqliyyat vasitəsi və xüsusi işçi geyimləri ilə təchiz olunur. Fermer Təsərrüfatının istifadəsində olan 2000 ha torpaq sahəsində arpa, buğda və qarğıdalı yetişdirilir. Burada həmçinin ət və süd məhsulları istehsal olunur. İribuynuzlu mal-qaranın sayı 2800 baş, xırdabuynuzlu mal-qaranın sayı 3500 baş təşkil edir. Gündəlik 20 ton süd istehsal olunur və Bakıda yerləşən süd emalı zavodlarına satılır. Xüsusilə ekoloji təmiz məhsul istehsalı prinsiplərinə üstünlük verilməsi təsərrüfatın fərqləndirici cəhətlərindən biridir.
İcra başçısı Sahir Məmmədxanov bu kimi fermer təsərrüfatlarının regionun ərzaq təhlükəsizliyinə, kənd yerlərində iqtisadi fəallığın və məşğulluğun artırılmasına böyük töhfə verdiyini vurğulayıb. Qeyd edilib ki, ölkədə aqrar sahənin inkişafına yönəlmiş çoxsaylı dövlət proqramları, subsidiyalar, güzəştli kreditlər və digər maliyyə alətləri məhz belə təşəbbüskar fəaliyyətləri daha da genişləndirmək üçün əlverişli zəmin yaradır.
Keçidlər