Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Səyyar ASAN Xidmətin fəaliyyəti ilə tanış olub

06 fevral 2025 | 17:24

Xəbər verdiyimiz kimi, 3-26 fevral tarixlərində Səyyar ASAN xidmət Qusar şəhəri Fəxrəddin Musayev 123 ünvanında sakinlərə xidmət göstərəcək.

Fevralın 6-da Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov və Milli Məclisin deputatı Azər Badamov Səyyar ASAN Xidmətin yerləşdiyi ünvanda əhaliyə göstərilən xidmətlərlə maraqlanıb, yaradılan şəraitlə tanış olaraq göstərilən xidmətin keyfiyyəti ilə bağlı sakinlərin fikirlərini öyrəniblər. İcra başçısı Səyyar ASAN Xidmətin fəaliyyəti ilə bağlı rayonun bütün kəndlərinin əhalisinin məlumatlandırılması istiqamətində işlərin görülməsini tapşırıb.

Bildirilib ki, Səyyar ASAN Xidmətin əməkdaşları tərəfindən 3,4,5 fevral tarixlərində 155 nəfərə müxtəlif mövzularda xidmət göstərilib.

Qeyd olunub ki, rayon sakinləri şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, notariat fəaliyyəti, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, əmək pensiyalarının təyin edilməsi, mənzillər və yaşayış evləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi xidmətlərindən, o cümlədən bank və tibb xidmətlərindən yararlana biləcəklər.    

Daha sonra icra başçısı və Milli Məclisin deputatı Azərpoçt MMC-nin Qusar Poçt Filialının fəaliyyəti ilə tanış olub, kollektivlə həmsöhbət olaraq onların problem və qayğıları ilə maraqlanıblar, işlərində uğurlar arzu ediblər.

Keçidlər