Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“İctimai iştirakçılığın təşviqi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

15 iyul 2026 | 17:51
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyi tərəfindən icra olunan “Quba-Xaçmaz regionunda ictimai iştirakçılığın təşviqi” layihəsi çərçivəsində maarifləndirici tədbirlər davam etdirilir. Layihənin icrasına cari ilin 7 iyun tarixindən başlanılıb. Layihənin əsas məqsədi regionlarda insan alveri, məişət zorakılığı, erkən nikahlar və uşaq əməyinin istismarı kimi sosial təhlükəli hallara qarşı maarifləndirmə işlərini gücləndirmək, risk qrupuna daxil olan vətəndaşları məlumatlandırmaq və bu kimi halların qarşısının alınmasına töhfə verməkdir. Qeyd olunan sahələrdə dövlət tərəfindən müvafiq qanunvericilik bazası yaradılsa və zəruri tədbirlər həyata keçirilsə də, təəssüf ki, bu cür hallar hələ də cəmiyyətdə müşahidə edilir.
Layihə çərçivəsində iyulun 15-də Qusar Rayon Mərkəzi Kitabxanasında maarifləndirici tədbir təşkil olunub. Tədbirdə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev, Qusar Rayon Mərkəzi Kitabxanasının müdiri Gültəkin Pənahova, inzibati ərazi dairəsi üzrə icra nümayəndələri, bələdiyyə sədrləri və yerli sakinlər iştirak ediblər. Tədbirin əsas məqsədi sosial cəhətdən həssas əhali qruplarının məlumatlandırılması, onların dövlət tərəfindən təqdim olunan sosial xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, eləcə də insan alveri cinayəti və digər həyati təhlükələr barədə maarifləndirmə işinin aparılmasıdır. Tədbirdə həmçinin yerli səviyyədə vətəndaş iştirakçılığının təşviqi, ictimai problemlərin həllində sakinlərin təşəbbüskarlığının artırılması məsələləri müzakirə edilib. Risk qrupuna daxil olan ailələrin üzləşdikləri problemlər dinlənilib, həmin çətinliklərin aradan qaldırılması istiqamətində konkret təkliflər səsləndirilib. İştirakçılar mövcud problemlərin həlli yolları ilə bağlı fikir mübadiləsi aparıb və gələcəkdə bu istiqamətdə birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Keçidlər