Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

II Qarabağ müharibəsi şəhidinin xatirəsi yad edilmişdir

21 oktyabr 2025 | 16:47
Oktyabrın 21-də II Qarabağ müharibəsi şəhidi Rəsul Kəmaləddin oğlu Qazımətovun şəhadətə ucalmasının 5-ci ildönümündə xatirəsi yad edilmişdir. Rayonun Qayakənd kəndində şəhidin məzarı ziyarət olunmuş, ruhuna dualar oxunaraq Vətən qarşısında xidmətləri minnətdarlıqla xatırlanmışdır.
Şəhid Qazımətov Rəsul Kəmaləddin oğlu 14 iyun 2001-ci ildə Qusar rayonunun Qayakənd kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Rəsul Qazımətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi məqsədilə başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, oktyabrın 14-də şəhid olmuşdur. Oktyabrın 21-də doğulub boya-başa çatdığı Qayakənd kəndində dəfn olunmuşdur.
Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Keçidlər