Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

II Qarabağ müharibəsi şəhidlərinin xatirələri yad edilmişdir

11 oktyabr 2025 | 20:54
Oktyabr ayının 11-də II Qarabağ müharibəsi zamanı şəhadətə ucalmış Qusar rayon şəhidlərinin məzarları ziyarət olunmuş, əziz xatirələri ehtiramla yad edilmişdir. Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov şəhidlərin ailələri ilə əlaqə saxlayaraq, başsağlığı vermiş, ailələrin qayğıları ilə maraqlanmışdır. Şəhid Zərbəliyev Aşurəli Səfərəli oğlu 9 sentyabr 1999-cu ildə Qusar rayonu Quxuroba kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Aşurəli Zərbəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi məqsədilə başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Aşurəli Zərbəliyev 9 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur, oktyabrın 11-də Qusar rayonu Quxuroba kəndində dəfn olunmuşdur.
Ölümündən sonra "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalı, "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Şəhid İbrahimov Tofik Polad oğlu 1 noyabr 1997-ci ildə Qusar rayonu Düztahir kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Tofik İbrahimov II Qarabağ müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olmuşdur. 12 oktyabr 2020-ci ildə Qusar rayonu Düztahir kəndində dəfn olunmuşdur. Ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı, "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olumuşdur. Şəhid MAXE Məmmədov Murad Əzizulla oğlu 31 mart 1995-ci ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Murad Məmmədov 44 günlük Vətən müharibəsində savaşmışdır. Murad Məmmədov oktyabrın 11-də şəhid olmuş, 12 oktyabr 2020-ci ildə Qusar rayonu İmamqulukənd kəndində dəfn olumuşdur. Ölümündən sonra "Vətən uğrunda" medalı, "Laçının azad olunmasına görə" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olumuşdur.
Keçidlər