Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

II Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılmışdır - 2026

26 oktyabr 2026 | 15:40
Oktyabrın 25-də Qusar rayonunda 44 günlük Vətən müharibəsi şəhidləri-Cəfərov Ruslan Mövlan oğlu və Nurmətov Çoban Razəddin oğlunun şəhadətə ucalmalarının 6-cı ildönümündə xatirələri yad edilmişdir. Şəhidlərin məzarları ziyarət olunmuş, Vətən qarşısında xidmətləri minnətdarlıqla xatırlanmışdır.
Şəhid Nurmətov Çoban Razəddin oğlu 1984-cü ilin noyabrın 23-də Qusar rayonunun Cibir kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun baş giziri olmuş Çoban Nurmətov Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, oktyabrın 23-də Xocavənd şəhəri istiqamətində şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, vəzifə borcunu şərəflə yetirərək şəhid olmuş hərbi qulluqçu Çoban Nurmətov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Şuşanın azad olunmasına görə”, Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhid Cəfərov Ruslan Mövlan oğlu 2000-ci ilin avqustun 2-də Qusar şəhərində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Ruslan Cəfərov Vətən müharibəsində Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, oktyabrın 21-də Xocavənd rayonunun Azıx kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Şəhid oktyabrın 25-də Qusar şəhərində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq vəzifə borcunu şərəflə yetirən şəhid Ruslan Cəfərov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Keçidlər