Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

II Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılmışdır

25 oktyabr 2025 | 19:50
 
Oktyabrın 25-də Qusar rayonunda 44 günlük Vətən müharibəsi şəhidləri-Cəfərov Ruslan Mövlan oğlu və Nurmətov Çoban Razəddin oğlunun şəhadətə ucalmalarının 5-ci ildönümündə xatirələri yad edilmişdir. Şəhidlərin məzarları ziyarət olunmuş, Vətən qarşısında xidmətləri minnətdarlıqla xatırlanmışdır.
Şəhid Cəfərov Ruslan Mövlan oğlu 2 avqust 2000-ci ildə Qusar şəhərində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Ruslan Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi məqsədilə başlanan Vətən müharibəsində kəşfiyyatçı kimi, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ruslan Cəfərov 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Azıx kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Oktyabrın 25-də Qusar şəhərində dəfn olunmuşdur.
Ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə"
"Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Şəhid Nurmətov Çoban Razəddin oğlu 23 noyabr 1984-cü ildə Qusar rayonunun Cibir kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun baş giziri olmuş Çoban Nurmətov 44 günlük Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, oktyabrın 23-də Xocavənd şəhəri istiqamətində şəhid olmuşdur. Oktyabrın 25-də Qusar rayonunun Cibir kəndində dəfn olunmuşdur.
Ölümündən sonra "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!
Keçidlər