II Qarabağ müharibəsi zamanı şəhid olmuş Famil Pirvələdovun xatirəsi yad edilmişdir
31 oktyabr 2025 | 18:56
Oktyabrın 31-də Qusar rayonunun Yuxarı Zeyxur kəndində 44 günlük Vətən müharibəsi şəhidi Famil Teyfur oğlu Pirvələdovun anım mərasimi keçirilmişdir. Mərasimdə RİH başçısının Yuxarı Zeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, şəhidin ailə üzvləri, məktəb şagirdləri və kənd sakinləri iştirak etmişlər. Şəhidin məzarı ziyarət olunmuş, əziz xatirəsi yad edilmişdir.
Şəhid Pirvələdov Famil Teyfur oğlu 30 may 1995-ci ildə Qusar rayonunun Yuxarı Zeyxur kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun kiçik çavuşu olmuş Famil Pirvələdov II Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, oktyabrın 18-də Füzuli döyüşləri zamanı şəhid olmuşdur. Şəhid 31 oktyabr 2020-ci ildə Qusar rayonunun Yuxarı Zeyxur kəndində dəfn olunmuşdur.
Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə ordeni”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.






